Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 12:15

Hökumət ticarətə uzaqdan nəzarətə başlayır


Vergilər Nazirliyi bu ildən etibarən nəzarət - kassa aparatlarına elektron məsafədən ötürmə qurğusunun (EMQ) tətbiqinə başlayır.

Bu sistemin tətbiqindən sonra nəzarət – kassa aparatlarındakı bütün əməliyyatlar Elektron Məsafədən Ötürmə Qurğusu - EMQ ilə toplanacaq və mobil rabitə vasitəsilə Vergilər Nazirliyinin Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi –AVİS-ə ötürüləcəkəcək.

Nazirlik bu məlumatları avtomatik emal edəcək və riskli vergi ödəyicilərini müəyyənləşdirəcək.

Vergilər nazirinin müavini Natiq Əmirov jurnalistlərə deyib ki, hansı kassa aparatı ilə bağlı riskli hal müəyyənləşsə, həmin aparat barədə araşdırma başlanacaq. Məsələn, əgər ərzaq mağazasında bir gündə kassaya iki dəfə çek vurulubsa, bu hal artıq riskli sayılacaq. Uzun müddət nəzarət –kassa aparatına məlumat daxil olmayan vergi ödəyicisi də risk qrupuna daxildir və xüsusi nəzarətə götürülür.

Natiq Əmirov bildirib ki, artıq bu sistemin tətbiqi başlayıb və ilin sonuna qədər minimum 1000, maksimum 2000 nəzarət-kassa aparatında belə qurğunun quraşdırılması gözlənilir. Layihə bütün ölkəni əhatə edəcək. Qurğular nəzarət –kassa aparatlarına Vergilər Nazirliyinin hesabına quraşdırılacaq. AzadlıqRadiosunun “bir qurğu nazirliyə neçəyə başa gəlir?” sualına cavabında Natiq Əmirov “təqribən 100 manata qədər, amma bu qurğunun tətbiqindən daha çox mənfəət əldə olunacaq və nəzarət-kassa aparatlarına nəzarət güclənəcək”.

Natiq Əmirov bildirib ki, nəzarət–kassa aparatlarında EMQ quraşdırılmış mağazalara vergi müfəttişlər ancaq o halda gələcəklər ki, nəzarət- kassa aparatının məlumatları riskli sayılsın.

EMQ –lər təkcə Vergilər Nazirliyinə yox, həm də mağaza sahibinə imkan verəcək ki,
nəzarət –kassa aparatlarına nəzarət etsin. Beləliklə, sahibkar mağazanın yaxınlığında dayanıb öz kompüterlərindən nəzarət-kassa aparatlarında əməliyyatları izləyə biləcək.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG