Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 10:28

«Nota-Bene»-nin baş redaktoru azadlığa buraxılıb


«Nota-Bene» qəzetinin baş redaktoru Sərdar Əlibəyli cəza müddətinin bitməsi ilə əlaqədar fevralın 8-də saxlanıldığı 14 saylı Cəzaçəkmə Müəssisəsindən azadlığa buraxılıb.

Həbsdə olan qəzet baş redaktoru azadlığa çıxıb.

Bundan bir ay öncə isə adı çəkilən qəzetin redaktoru Fərəməz Allahverdiyev cəza müddətinin bitməsi ilə əlaqədar 16 saylı Cəzaçəkmə Müəssisəsindən azadlığa buraxılıb.

Bu şəxslər barəsində şərti azadlıqdan məhrumetmə hökmü hələ iyulun 22-də Nizami rayon məhkəməsində qəbul edilmişdi. Əlibəyli və Allahverdiyev 148 (təhqir) və 147.2 (ağır cinayət törədilməsi haqqında böhtan) maddələri ilə təqsirli bilinmişdilər.

Bu şəxslər hökumətyönlü «Azadlıq hərəkatçıları birliyi» QHT-nin rəhbəri Təhmasib Novruzovun iddiası ilə həbs ediliblər. O, 2009-cu ilin mart-aprel aylarında «Nota» qəzetində dərc edilmiş Novruzovun guya maliyyə fırıldaqlarında iştirakı haqqında məqaləni təhqir hesab edib.

Allahverdiyev və Əlibəyli artıq bir dəfə böhtana görə həbs ediliblər. 2007-ci ilin yanvar ayında Allahverdiyev 2 il azadlıqdan məhrumetmə, Əlibəyli isə 1,5 il şərti azadlıqdan məhrumetmə cəzasına məhkum ediliblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG