Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 04:13

Ağ Ev Moskvanın dediyini inkar edib


Ağ Ev Moskva ilə fikir ayrılığının olduğunu inkar edib. Vaşinqton bildirib ki, Avropada qurmaq istədiyi raketdən müdafiə sistemi Rusiya ilə nüvə silahlarının azaldılması haqda razılaşmanı yubatmır.

Ağ Ev sözçüsü Robert Gibbs bu məlumatların «doğru» olmadığını bildirib.

Fevralın 9-da Rusiya Ordusunun baş qərargah rəisi, general Nikolay Makarov deyib ki, Amerikanın raketdən müdafiə sistemi Rusiyanın maraqlarına təhlükə törədir. Bu, Moskvanın Vaşinqtonla imzalaya biləcəyi nüvə silahlarının azaldılması haqda razılaşmanı yubada bilər.

Amerika yeni sistemin İrandan atıla biləcək raketlərə qarşı yönələcəyini deyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG