Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 16:00

Amerikanın birinci ledisi üçün iş tapıldı


Amerikada uşaqların üçdə birinin köklükdən və əlavə çəkidən əziyyət çəkməsindən narahat olan prezident Barak Obama yeni təşəbbüslə çıxış edib.

O, problemlə mübarizə üçün milli təşəbbüs irəli sürüb və mübarizəyə rəhbərliyi həyat yoldaşı Mişel Obamaya həvalə edib.

Təşəbbüsə Səhiyyə naziri və başqa rəsmilər də dəstək verəcək.

Birinci ledi milli təşəbbüsə tanınmış aktyorları, müğənniləri də qoşmağa çalışacaq.

Amerikadakı Müstəqil Səhiyyə İnstitutu hesab edir ki, problemlə mübarizə üçün amerikalılar şirin və yağlı yeməklərlə az qidalanmalı, daha çox meyvə yeməlidirlər.

Amma İnstitut hesab edir ki, məktəblər də öz yeməkxana menyularına dəyişiklik etməli, mağazalarda sağlam qidaların satışı artırılmalıdır. Bundan başqa ictimai nəqliyyatda xidmətin keyfiyyəti də artırılmalıdır ki, insanlar şəxsi avtomobillərindən az isitfadə etsinlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG