Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 08:58

Yasamalda 17 mərtəbəli yaşayış binasında yanğın olub


Uşağı xilas edən FHN əməkdaşı özünü təqdim etmədi
Uşağı xilas edən FHN əməkdaşı özünü təqdim etmədi
Xilasedicilər 12-ci mərtəbədə yaşayan Fəqan İsmayılov, onun həyat yoldaşı və 3 uşağını xilas ediblər. Uşaqlardan birinin 2 yaşı var.

***

Tezliklə video olacaq.

***

AzadlıqRadiosunun müxbiri hadisə yerindən xəbər verir:

Bir nəfərə ilkin tibbi yardım göstərilib. FHN əməkdaşları indi daha iki nəfəri xilas etməyə çalışırlar.

***
Yanan binanın 17-ci mərtəbəsində «İnternyus Azərbaycan» İctimai Birliyinin iki saata yaxındır ki, gözləyən 10-a yaxın əməkdaşını artıq xilas ediblər.

***

FHN xilasediciləri «Internews» Azərbaycan təşkilatının əməkdaşlarını evakuasiya edirlər.

Onlar binanın sonuncu – 17-ci mərtəbəsindədirlər.

***

AzadlıqRadiosunun müxbiri Maarif Çingizoğlu binaya daxil olub. O deyir ki, FHN xilaskarları əllərində fənər adamları axtarırlar.

Binanın elektrik qutusu yanır. Alov yoxdur, amma rezin yanığının tüstüsü binanı bürüyüb.

***

FHN mətbuat xidmətinin rəhbəri Tural Müseyibov hadisə yerində olsa da, hələ bir məlumat verə bilməyəcəyini deyib.

Müxbirlərimiz FHN əməkdaşlarından birinin tüstüdən boğulan halda binadan çıxdığını görüblər.

Bina sakini Lütfi Əliyev:

«Həyat yoldaşım, bacım və 8 və 10 yaşlarında uşaqlarım 16-cı mərtəbədədir. Yanğının səbəbkarı korrupsiyadır. Qaz çəksəydilər, adamlar elektrik cihazlarla xətləri bu qədər yükləməzdi».

Lütfi Əliyev onun həyat yoldaşını xilas edən FHN əməkdaşlarından razılığını bildirdi.

Bina sakini Raya Eyvazova deyir ki, qaz idarəsi qaz vermək üçün sakinlərdən pul toplayır və sakinlərin hamısı tələb edilən 300 manatı vermədiyi üçün qaz vermirlər.

***

AzadlıqRadiosunun hadisə yerində olan müxbirləri xəbər verir:

Binada elektrik kəsilib. Fövqəladə Hallar Nazirliyinin texnikası binanın həyətindədir. Sakinlərin bəziləri özləri düşüblər. Bəzilərini FHN-nin xilasediciləri xilas edib. Yanğın yalnız binanın bir blokundadır. Liftin yanından binanın hündürlüyü boyu tüstü qalxır. Həmin blokda, 11 və 17-ci mərtəbələrdən adamlar baxırlar. Maskalı xilasedicilər binaya qalxırlar. Blokun girişi çox tüstülüdür.

***

Fevralın 9-da saat 19 radələrində metronun «İnşaatçılar» stansiyasının yaxınlığında, Həsən bəy Zərdabi prospekti 71 A ünvanında yerləşən 17-mərtəbəli yaşayış binasında yanğın başlayıb.

Bu haqda AzadlıqRadiosuna ofisi həmin binada yerləşən «İnternyus Azərbaycan» İctimai Birliyinin əməkdaşı Azər Qaraçənli məlumat verib.

Qaraçənli bildirib ki, yanğınsöndürənlər gəliblər, amma hələ ki, camaatın hamısını binadan çıxarmaq mümkün olmayıb:

«Bizim əməkdaşlar balkonda gözləyir. İçəri girmək mümkün deyil. Hər tərəfi tüstü-duman bürüyüb».

Azər Qaraçənli ehtimal edir ki, yanğına elektrik naqillərinin alışması səbəb olub.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG