Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 16:54

İtaliya Tehrandakı səfirliyinə hücum edildiyini deyir


İtaliyanın xarici işlər naziri Franko Frattini deyib ki, İrandakı Bəsic qruplaşması onun Tehrandakı səfirliyinə hücuma cəhd edib.

Nazir buna oxşar hücumların son günlərdə bəzi başqa Qərb ölkələri səfirliklərinə qarşı da baş verdiyini deyib.

Flattini bildirib ki, Bəsic üzvləri “İtaliyaya ölüm!” və “Berluskoniyə ölüm!” şüarları səsləndiriblər.

Nazir aksiyaçıların səfirliyə daş atdıqlarını və “tam miqyaslı hücumun qarşısını almaq üçün” polisin məsələyə müdaxilə etməyə məcbur olduğunu da deyib.

Bəsic hökumətyönlü yarımhərbi qruplaşmadır.

İrandakı mühafizəkar qüvvələr ötən ilki prezident seçkilərindən sonra baş verən iğtişaşların xarici səfirliklər tərəfindən təşkil edildiyini deyir.

Qərb ölkələrinin səfirliklərində çalışan bəzi iranlılar hətta həbs edilmişdi.
XS
SM
MD
LG