Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 17:19

Türkiyə Konqres Komitəsində "soyqırım" səsverməsinin təyin edilməsini pisləyib


Türkiyənin xarici işlər naziri Əhməd Davutoğlu Amerika Konqresinin komitəsini “erməni soyqırımı” ilə bağlı səsvermə təyin etdiyinə görə kəskin tənqid edib.

AzadlıqRadiosunun Ermənistan xidməti xəbər verir ki, Davutoğlu komitədə qəbul olunarsa, qətnamənin Türkiyənin Amerika və Ermənistanla münasibətlərinə ciddi ziyan vuracağını bildirib.

Davutoğlu deyib ki, Vaşinqton qətnamənin ABŞ Nümayəndələr Palatasından keçməsi perspektivindən Türkiyəyə qarşı təzyiq vasitəsi kimi istifadə etməyə və bununla Ankaranı Ermənistanla münasibətləri normallaşdırmaq barədə protokolları ratifikasiya etməyə məcbur etməyə çalışır.

Davutoğlu həmçinin Ermənistanın beynəlxalq ictimaiyyətin Dağlıq Qarabağ problemini həll etmək cəhdlərinə əngəl törətməkdə ittiham edib.

Konqres komitəsinin qətnaməsi millət vəkillərinə bir il qabaq təqdim edilib, orada prezident Obamadan “Osmanlı İmperiyasının 1,5 milyon ermənini sistematik və məqsədli məhvini “soyqırım” kimi tanımaq” istənilir.

Komitədən deyiblər ki, səsvermə martda baş tuta bilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG