Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:30

Həmməruzəçilər Gəncədə korrupsiyadan danışıblar


Həmməruzəçilər Gəncədəki QHT-lərlə daha çox korrupsiya ilə bağlı danışıblar.

«Kamil Vətəndaş» Maarifləndirmə Mərkəzinin direktoru Həsən Həsənli deyir ki, məruzəçilərlə görüş bu gün günün birinci yarısında baş tutub:

«Həmməruzəçilər bizə bildirdilər ki, dünən şəhər prokurorluğunda olarkən korrupsiyanın tam azaldığı bildirilib».

Həmməruzəçilər həmçinin bölgədə insan haqlarının vəziyyəti və seçkilərə olan münasibətlə maraqlanıblar.

Həmməruzəçilərin günün ikinci yarısına olan görüşü Ombudsman Aparatının nümayəndəliyində olacaq.

Gəncədəki görüşün nəticələri Bakı şəhərində keçiriləcək mətbuat konfransında açıqlanacaq.

Avropa Şurası Parlament Assambleyasının həmməruzəçiləri Andres Herkel və Coy Debano Qrex fevralın 8-də səfər ediblər.
XS
SM
MD
LG