Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 00:41
Prezident İlham Əliyev elm, mədəniyyət və ədəbiyyat üzrə dövlət mükafatlarının verilməsi üçün komissiyanın tərkibini və əsasnaməsini təsdiqləyib.

Bununla bağlı fərmanda hökumətə tapşırılır ki, dövlət mükafatlari laureatlarinin diplomu və fəxri dös nisanlarinin təsvirinə dair təklifləri iki ay müddətində hazirlayib prezidentə təqdim etsin.

Baş nazir Artur Rəsizadə komissiyanın sədri təyin edilib.

Komissiyaya baş nazirin müavini, yazıçı Elçin, Milli Elmlər Akademiyasının prezidenti Mahmud Kərimov, heykəltəraş Ömər Eldarov, BDU-nun rektoru Abel Məhərrəmov, Milli Konservatoriyanın rektoru Səyavuş Kərimov, Yazıçılar Birliyinin sədr müavini, yazıçı Çingiz Abdullayev, yazıçı Mövlud Süleymanlı və başqaları daxildir.

Günün bütün mövzuları

XS
SM
MD
LG