Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 02:11

Çeçenistanda hüquq müdafiəçilərini saxlayıblar


Bir sıra beynəlxalq hüquq-müdafiə təşkilatları Çeçenistanda üç insan haqları fəalının saxlanmasının səbəblərini araşdırmağa çağırıb.

“Amnesty International”, “Civil Rights Defenders”, “Front Line” və “Human Rights Watch” Rusiya hökumətini çağırıblar ki, hüquq müdafiəçilərinin təhlükəsiz fəaliyyətinə şərait yaradılması ilə bağlı vədlərinə əməl etsinlər.

Dmitri Yeqoşin, Roman Veretennikov və Vladislav Sadıkovu ötən bazar günü Şalidə saxlayıblar.

Çeçen rəsmiləri onları 15 saat sonra azadlığa buraxıblar. .

Moskvada yerləşən “Memorial” İnsan Haqları Mərkəziindən olan Aleksandr Çerkasov AzadlıqRadiosunun rus xidmətinə deyib ki, hüquq müdafiəçiləri Çeçenistanda itkin düşən insanlarla bağlı məlumat toplamağa çalışırmışlar.

Çerkasovun sözlərinə görə, hüquq müdafiəçilərinin istər saxlanması, istərsə də azadlığa buraxılması nə izah edilib, nə də sənədləşdirilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG