Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 03:32

İranın nüvə niyyəti «şübhə»lidir


Uranı zənginləşdirmək planı İranın nüvə niyyəti ilə bağlı «şübhə» oyadır. Rusiyanın Milli Təhlükəsizlik Şurasının rəhbəri Nikolay Patruşev belə deyib.

İran uranı 20 faizə kimi zənginləşdirməyi planlaşdırır.

Fevralın 9-da İranın dövlət televiziyası elan edib ki, Beynəlxalq Atom Enerjisi Agentliyi müfəttişlərinin iştirakı ilə İran 20 faiz zənginləşdirilmiş uranın istehsalına başlayıb.

İranın nüvə planını genişləndirmək niyyəti isə Tehrana qarşı yeni sanksiya çağırışlarını artırıb. Pentaqon sözçüsü Cef Morrel bildirib ki, ABŞ yaxın həftələrdə yeni sanksiyaların qoyulacağına ümid edir.

Qərb İranın nüvə silahı hazırlaya biləcəyindən narahatdır. Tehran isə dəfələrlə nüvə proqramının dinc məqsədli olduğunu bildirib.

İndiyə kimi BMT İrana 3 dəfə sanksiya qoyub. Son dövrlərə qədər Rusiya İrana yeni sanksiya tətbiqinə həvəssiz yanaşırdı.
XS
SM
MD
LG