Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 04:10

ABŞ-da Cənubi Qafqaza dair konfrans olacaq


Fevralın 23-də Vaşinqtonda «Cənubi Qafqaz parçalanma xəttidir: təhlükəsizlik, energetika və ABŞ-ın mənafeləri» mövzusunda konfrans keçiriləcək.

Konfransda dondurulmuş münaqişələr, enerji təhlükəsizliyi və regional rəqabət, ABŞ-ın Cənubi Qafqazdakı mənafeləri və digər məsələlər müzakirə ediləcəkdir.

Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzindən bildirilib ki, tədbirlərdə Ceymstaun Fondunun böyük əməkdaşı Vladimir Sokor, Azərbaycanın Los-Ancelesdəki baş konsulu Elin Süleymanov, ABŞ dövlət katibinin sabiq müavini Riçard Armitac, «Heritage» Fondunun aparıcı eksperti Ariel Koen və başqaları iştirak edəcəklər.

Günün bütün mövzuları

XS
SM
MD
LG