Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 20:03

Həmməruzəçilər həbsxanaya gedəcək


AŞPA həmməruzəçilərinin Azərbaycana səfəri davam edir. Fevralın 9-da Avropa Şurası Parlament Assambleyası Monitorinq Komitəsinin həmməruzəçiləri polis qurumlarının, qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə görüşəcək, həmçinin 2 saylı istintaq təcridxanasına baş çəkəcəkləri planlaşdırılır.

Səfər çərçivəsində Andres Herkel və Jozef Debono Qrexin Milli Məclisin sədri, baş prokuror, ədliyyə naziri, MSK, Milli Televiziya və Radio Şurasının sədri, Ombudsman Aparatının rəhbərliyi ilə də görüşəcəyi gözlənilir.

Həmməruzəçilər Azərbaycanın təşkilat qarşısında götürdüyü öhdəliklərin icrası, demokratikləşmə prosesi və onun nəticələri barədə hesabat hazırlayacaqlar.

Hesabat məruzəsi Monitorinq Komitəsində müzakirə olunacaq.

AŞPA həmməruzəçilərinin səfəri fevralın 11-də başa çatacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG