Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 13:29

İsveç məhkəməsi qadının əlini sıxmayan müsəlmanı haqlı saydı


İsveç məşğulluq idarəsi qadının əlini sıxmaqdan imtina edən müsəlman kişiyə qarşı ayrıseçkilik saldığı üçün məhkəmə tərəfindən cəzalandırılıb. Stokholm məhkəməsinin verdiyi qərara görə, İsveç İctimai Məşğulluq İdarəsi Bosniyadan olan müsəlman mühacirin işsizlik müavinətini ayrıseçkilik zəıminində kəsdiyi üçün 6.700 dollar kompensasiya ödəyəcək və müavinəti bərpa edəcək.

Bosniyalı mühacir müsahibədən sonra inancını əsas gətirərək söhbətləşdiyi qadını əlini sıxmaqdan imtina eləmişdi, əvəzində lini sinəsinin üstünə qoyaraq təşəkkür eləmişdi. Bunda sonra Agentlik onun müavinətini kəsmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG