Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 16:26

İranın eks-prezidenti hər kəsi müxalifətin yeni etirazına qatılmağa çağırır


İranın keçmiş islahatçı prezidenti Məhəmməd Xatəmi bütün İranlıları fevralın 11-nə, İran İnqilabının 31-ci ildnümünə təyin edilən müxalifətin nümayişinə qatılmağa çağırıb.

Xatəmi həmçinin müxalifət hərəkatını xarici güclərdən asılı olmayan, müstəqil hərəkat adlandırıb. Və xaricilərin də ölkənin işlərinə qarışmasına qarşı olduqlarını deyib.

Bu nümayiş baş tutarsa, ötən ilin iyununda keçirlən prezident seçkilərində Mahmud Əhmədinejatın qələbsinə etiraz edən islahatçıların növbəti aksiyası olacaq. Sonuncu dəfə Aşura mərasimləri zamanı dekabrda keçirilən bu etirazlar hökumət qoşunları ilə müxalifətçilərin toiqqşmalarıyla nəticlənmişdi. Yüzlərlə müxalifətçi həbs edilib, 8-i də həlak olmuşdu.

Bu gün, fevralın 8-dəki çıxışında İranın dini lideri Ayətullah Əli Xamaneyi isə İranın xarici düşmənlərinin ağzından vurulacağını deyib, müxalifəti də əks-inqilabçılar adlandırmışdı.

ABŞ və Avropa Birliyi isə İranı insan haqlarını pozmaqda ititham eləyən bəyanat yayıblar.

Günün bütün mövzuları

XS
SM
MD
LG