Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 12:38

Yanukoviç qalib gəlib, amma Timoşenko hələ uduzmayıb


Ukraynadakı prezident seçkilərində Viktor Yanukoviçi artıq qalib élan eləmək olar.

Mərkəzi Seçki Komissiyasının açıqladığı son rəqəmlərə görə, səslərin 99 faizindən çoxu sayılıb və Viktor Yanukoviç Yuliya Timoşenkodan 3 faizdən çox səs yığıb.

Bakı vaxtıyla saat 23.10-a olan məlumata görə, Yanukoviç 48.81 faiz, Timoşenko isə 45.61 faiz səs yığıb.

Ukrayna seçicilərinin ümumilikdə 69 faizi seçkiyə qatılıb. 4 faizə yaxın seçici hər iki namizədin əleyhinə səs verib, bülletenlərin 1 .2 faizi də etibarsız sayılıb.

2004-cü ildə seçkilərdə qalib gəldiyi açıqlanan, ancaq sonradan Narıncı inqilab adlandırılan etirazlardan sonra ikinci turda uduzan Rusiya meylli namizəd Viktor Yanukoviç isə artıq qələbəsini elan edib və Timoşenkonu məğlubiyyətini etiraf etməyə çağırıb.

Yuliya Tİmoşenko isə hələ ki, yekun nəıticələri gözlədiyini bildirib.

Avropa Bİrliyinin Xarici Siyasət İdarəsinin başçısı Katerina Eşton bildirib ki, kimin seçilməsindən asılı olmayaraq, AVropa Birliyi yeni prezidentlə ikitərəfli münasibətləri daha da dərinləşdirmək üçün əməkdaşlığı davam etdirəcək.

Eşton seçkilərin sakit keçməsini və ukraynalıların 70 faizinin seçkiyə qaıtlmasını da alqışlayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG