Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:14

6 milyard dollara Yerevan city tikilir


Razdan çayının sahilində yerləşən Noraqüx qəsəbəsi təpəlik ərazidədir

Razdan çayının sahilində yerləşən Noraqüx qəsəbəsi təpəlik ərazidədir

Yerevan yaxınlığındakı köhnə kəndlərdən birini yenidən qurub Moscow citynin analoqu olan Yerevan city Beynəlxalq İş Mərkəzi yaradılır. Bunun üçün Yerevanın mərkəzinə yaxınlıqda yerləşən təpəlik ərazidəki Noraqüx qəsəbəsi köçürüləcək. Orada yaşayan 1500 ailənin köçürülməsinə 100 milyon dollar lazımdır.

Ermənistanda yeni elitar məhəllənin tikilməsinə Rusiya sərmayəsini cəlb edəcəklərinə ümidlidirlər. Yerevan meri Qaqik Beqlaryan yanvarın son günlərində Moskva merini dəvət edərək yeni layihələrini ona təqdim edib. Moskva meri Yuri Lujkov da layihəni bəyəndiyini, Rusiya sərmayəçilərini bu məhəllənin tikilməsinə cəlb etməyə çalışacağına söz verib:

ONLAR BU TİKİNTİ ÜÇÜN MARAQLI QƏRARLAR VERƏCƏKLƏR

- Biz razılaşdıq ki, mənim tikinti məsələləri üzrə müavinim Vladimir Resin bir sərmayəçilər qrupu ilə birlikdə buraya gəlsinlər. Onlar qərar qəbul edəcəklər ki, Moskva inşaatçılarının bu layihədə iştirakı nə qədər məqsədəuyğundur. Məncə, onlar bu tikinti üçün maraqlı qərarlar verəcəklər.

Lujkovun dediyinə görə, 184 hektar ərazidə 50 elitar bina tikiləcək. Hərəsinin də qiyməti 40-60 milyon dollar olacaq. Orada müasir beynəlxalq iş mərkəzləri, ticarət mərkəzləri, müasir yaşayış sahələri tikiləcək. Yerevanın baş memarı bu yeni məhəllənin 6-7 milyard dollara başa gələcəyini deyib.

SAKİNLƏR ÜÇÜN BAŞQA YERDƏ 16 MƏRTƏBƏLİ 10 BİNA TİKƏCƏK

Yerevan meri Qaqik Beqlaryan jurnalistlərə söz verib ki, bu ərazidən köçürüləcək adamları mütləq razı salacaqlar:

- Onların razı qalmaları üçün biz əlimizdən gələni edəcəyik.

Yerevan meri deyir ki, bu qəsəbənin sakinləri üçün başqa yerdə Gömrük Komitəsi 16 mərtəbəli 10 bina tikəcək.

Razdan çayının sahilində yerləşən Noraqüx qəsəbəsi təpəlik ərazidədir. Qarşıda Ağrı dağının mənzərəsi açılır.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG