Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 14:50
«Ukraynanın taleyi bizim üçün çox vacibdir». «FAR» Araşdırmalar Mərkəzinin rəhbəri Hikmət Hacızadə «İşdən sonra»da belə deyib. O, Ukraynadakı seçkilərin nəticələrinin Azərbaycana necə təsir edəcəyindən danışıb:

- Oradakı seçkilər Azərbaycan üçün əhəmiyyətlidir. Ukraynanın taleyi bizim üçün çox vacibdir. Burada bəziləri sevinirlər ki, demokratlar uduzdular və s. Düşünmürlər ki, bu, bizim məğlubiyyətimiz ola bilər. Sabah müharibə başlasa, Yanukoviç bizə silah satmayacaq. Moskvanın dediyi ilə oturub-duracaq. Biz tək qalırıq. Gürcüstan var, amma özü çətin vəziyyətdədir. Hər halda böyük müttəfiqimizi itiririk.

Söhbətə telefonla qoşulan politoloq Fikrət Sadıqov da məsələyə münasibətini bildirib:

- Mən düşünürəm ki, əgər seçkilər Mərkəzi Seçki Komissiyası tərəfindən ədalətli, obyektiv təhlil olunsa, ona heç bir irad olmayacaq. Amma eyni zamanda, qeyri-ədalətli hesablama baş versə, camaat öz iradlarını bildirəcək, tələblərini irəli sürəcək, şərtlərini bildirəcək. Amma mən düşünmürəm ki, 5 il əvvəl olduğu kimi meydana çıxan yüz minlərlə camaat mənzərəsi yaranmayacaq. Yuşşenkonun 5 il ərzində gördüyü işlər buna vadar etmir.

Ukraynadakı seçkilərdən daha hansı nəticələr gözlənilir?

BU VƏ BAŞQA MƏLUMATLARDAN AGAH OLMAQ İSTƏYİRSİNİZSƏ AUDİONU DİNLƏYİN.

Şərhləri göstər

XS
SM
MD
LG