Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 23:25

Yanukoviçlə Timoşenko arasında fərq böyüyür


Ukraynada prezident seçkilərində Viktor Yanukoviç rəqibi Yuliya Timoşenkonu artıq 3 faizə yaxın qabaqlayır. Mərkəzi Seçki Komissiyasının açıqladığı rəqəmlərə görə, səslərin artıq 97 faizə yaxını sayılıb. Yanukoviç 48.49, Timoşenko isə 45.92 faiz səs yığıb.

MSK bildirib ki, səsvermə hüququ olanların 69 faizi seçkidə iştirak edib.

Daha öncə Mərkəzi Seçki KOmissiyasının üzvü Mixaylo Oxendovski bildirmişdi ki, səslərin sayımı başa çatanda Yanukoviçin üstünlüyü daha da arta bilər. Çünki, Yanukoviçin güclü olduğu Krım və Luqansk regionlarından nəticələr hələ əlavə edilməyib.

2004-cü ildə seçkilərdə qalib gəldiyi açıqlanan, ancaq sonradan Narıncı inqilab adlandırılan etirazlardan sonra ikinci turda uduzan Rusiya meylli namizəd Viktor Yanukoviç isə artıq qələbəsini elan edib və indi birləşib ölkənin problemləriylə məşğul olmaq lazım olduğunu bildirib.

Ancaq hələ ki Yuliya Timoşenko bu nəticələrlə barışmasını élan eləməyib.
XS
SM
MD
LG