Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 02:40

Müdafiə Nazirliyi: Əsgər anası incikliyini Müdafiə Nazirliyinin əleyhinə müsahibələr verməklə təmin edir


Müdafiə Nazirliyinin mətbuat xidməti həbsdə yatan əsgər Mərhəmət Hüseynovun anası Zəminə Hüseynovanın AzadlıqRadiosunun saytında yer alan və efirdə səslənən şikayətlərinə münasibət açıqlayıb.

Əsgər anası iddia edirdi ki, oğlu Mərhəmət Hüseynov bağırsaq keçirməzliyindən əziyyət çəksə də, onu hərbi xidmətə aparıblar. Hərbi xidmətdə olarkən xəstəliyi ilə əlaqədar ona hər hansı tibbi yardım göstərilməyib. Daşkəsəndəki N saylı hərbi hissədə xidmət edərkən zabitlər tərəfindən incidilib. Zabitlər başqasının törətdiyi cinayəti onun oğlunun üzərinə yıxaraq günahsız həbsinə səbəbkar olublar. Hazırda Gəncədəki İstintaq Təcridxanasında saxlanılır.

Müdafiə Nazirliyi isə məsələyə açıqladığı rəsmi münasibətdə əsgər anasının iddialarını əsassız hesab edir. Mətbuat Xidmətinin AzadlıqRadiosuna göndərdiyi açıqlamaya görə, Zəminə Hüseynova oğlunun Bakıdakı hərbi hissədən Daşkəsəndəki hərbi hissəyə göndərilməsi ilə barışmadığından belə mövqe tutur:

«Guya əsgər Mərhəmət Hüseynova Daşkəsəndə yerləşən N saylı hərbi hissədə işgəncələr verilib və o ağır xəstə olmasına baxmayaraq qayğısına qalan olmayıb. Əslində isə əsgər Mərhəmət Hüseynov hərbi xidmətə gələrkən ilk vaxtlar Bakıda yerləşən N saylı hərbi hissədə olub və həmin ilin dekabr ayında əsgərin anası 3 uşaq valideyni olduğunu və başqa məsələləri əsas gətirərək oğlunun səhhətinin yoxlanması və Bakıda qalıb qulluq etməsi üçün hərbi hissəyə yazılı müraciət edib. Bundan sonra Mərhəmət Hüseynov Mərkəzi Hərbi Klinik Hospitalda və Mərkəzi Hərbi Poliklinikada tibbi müayinədən keçib və onun stasionar müalicəyə ehtiyac olmadığı və hərbi xidmətə yararlılığı barədə qərar çıxarılıb. Bundan sonra əsgər Daşkəsəndəki N saylı hərbi hissəyə göndərilib. Əsgərin anasına isə bildirilib ki, Mərhəmət Hüseynovun xidmət etdiyi Bakıdakı N saylı hərbi hissədə müəyyən qədər hazırlıqdan sonra əsgərlər başqa hərbi hissələrə göndərilir, o cümlədən onun oğlu da. Məhz bu məsələdən sonra əsgərin anası başqa tədbirlərə əl atmağa başlayıb və incikliyini Müdafiə Nazirliyinin əleyhinə müsahibələr verməklə təmin etməyə çalışıb».

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG