Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 01:51
Almaniyanın Donauşinqen şəhərində həkim-stomatoloq 16 yaşlı yeniyetməni müalicə etməkdən imtina edib.

Bu haqda Almaniyanın «Spiegel» jurnalı xəbər verib. Məlumata görə, imtinaya səbəb yeniyetmənin adının Cihad olması olub. Həkim pasiyentin adını bütün qeyri-müsəlmanlara müharibə elanı kimi yozub.

Cihadın valideynləri həkimin imtinasından heyrətləndiklərini bildiriblər və deyiblər ki, uşağa xoşladıqları adı veriblər.

Donauşinqen şəhərinin həkimlər palatasının nümayəndələri isə bildiriblər ki, təcili yardım istisna olmaqla, heç bir həkimi xəstəni müalicə etməyə məcbur etmək olmaz. Onlar həmçinin bu qalmaqalı heç bir çərçivəyə sığmayan hal kimi dəyərləndiriblər.

Bir qədər sonra həkim xəstəni qəbul etmədiyinə görə peşman olduğunu deyib və bildirib ki, valideynlərin ona belə ad qoymasında uşağın heç bir günahı yoxdur.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG