Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 09:39

İsrailin xarici işlər naziri Bakıya gəlir


İsrailin xarici işlər naziri Aviqdor Liberman fevralın 9-da Bakıya ikigünlük rəsmi səfərə gəlir. Bu haqda AzadlıqRadiosuna Azərbaycanın Xarici İşlər Nazirliyindən məlumat verilib.

Liberman Bakıda həmkarı Elmar Məmmədyarovla görüşəcək, ikitərəfli münasibətlərin inkişafı məsələsini müzakirə edəcək.

İsrailin Xarici İşlər Nazirliyinin rəsmi internet saytında yerləşdirilmiş məlumata görə, Liberman Bakıda prezident İlham Əliyevlə, Milli Məclisin sədri Oqtay Əsədovla, fövqəladə hallar naziri Kəmaləddin Heydərovla görüşəcək. Məlumatda deyilir ki, israilli nazir təhlükəsizlik və siyasi məsələləri müzakirə edəcək.

XS
SM
MD
LG