Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 17:21

Yanukoviç özünü prezident seçkilərinin qalibi elan edib


Ukrayna müxalifətinin lideri, Regionlar Partiyasının rəhbəri Viktor Yanukoviç özünü prezident seçkilərinin qalibi elan edib. O, həmçinin rəqibi Yuliya Timoşenkonu baş nazir postundan istefa verməyə çağırıb. Lakin Timoşenko nəticələrin bir-birinə çox yaxın olduğunu bildirərək bundan imtina edib.

Mərkəzi Seçki Komissiyasının məlumatına görə, artıq səslərin 84 faizi sayılıb. Yanukoviç 48.46 faiz səslə irəlidədir. Timoşenko 45.87 faiz toplayıb. Fərq 3 faizdən də azdır.
XS
SM
MD
LG