Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:55

Tehran Fərda Radiosu ilə bağlı 7 nəfəri həbs edib


Tehran Fərda Radiosu ilə bağlı olan 7 nəfəri həbs edib. Xəbəri İranın dövlət radiosu və İRNA dövlət xəbər agentliyi yayıb. Onlardan bəziləri Amerika kəşfiyyatına işləməkdə və ötən ilin dekabrında Tehranda baş vermiş iğtişaşların qızışdırılmasında fəal rol oynamaqda ittiham olunur.

Tutulanlar fevralın 11-də ölkədə yeni etiraz aksiyaları planlaşdırmaqda da günahlandırılırlar. Həmin gün İranda İslam İnqilabının ildönümü qeyd olunacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG