Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 01:10

Bakı-Şamaxı yolu sabah açılacaq


Bakı-Şamaxı yolunda avtomobil və ictimai nəqliyyatın hərəkəti fevralın 8-dən tam bərpa olunacaq. Bunu AzadlıqRadiosuna Baş Dövlət Yol Polisi İdarəsinin şöbə müdiri Ərəstun Məcidov deyib:

«Bakı-Şamaxı yolu istiqamətində hazırda qismən hərəkət var. Amma hələ təhlükə olduğundan ictimai nəqliyyatın həmin istiqamət üzrə hərəkətinə icazə vermirik.»

Ərəstun Məcidov yolların buzlu olmasına baxmayaraq, fevralın 7-də bu saatadək paytaxtda avtomobil qəzasının baş vermədiyini deyir.

Bakı-Şamaxı yolu qarlı hava şəraiti ilə bağlı fevralın 5-dən bağlıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG