Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 00:14

Ukraynada təkrar prezident seçkiləri keçirilir


Ukraynada təkrar prezident seçkiləri keçirilir.

Prezidentlik uğrunda hazırkı baş nazir Yuliya Timoşenko ilə Regionlar partiyasının lideri Viktor Yanukoviç mübarizə aparırlar.

Yanukoviç yanvarın 17-də keçirilmiş birinci mərhələdə 35, Timoşenko isə 25 faiz səs toplamışdı.

Şərhçilər hesab edir ki, namizədlərdən birinin cüzi səslə qalib gəlməsi, uduzan tərəfin ciddi narazılığına, qalmaqala səbəb olacaq.

Namizədlərin hər ikisi ölkənin Avropa Birliyinə inteqrasiya etməsi, eyni zamanda Rusiya ilə münasibətlərin yaxşılaşdırılmasının tərəfdarı olduqlarını bildiriblər.

Yanukoviç əsasən rusdilli sakinlərin yaşadığı ölkənin cənub-şərq regionunda,

Timoşenko isə ölkə paytaxtı Kiyev və qərb bölgəsində güclüdür.

Günün bütün mövzuları

XS
SM
MD
LG