Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 14:15

Qar bölgələrdə ciddi fəsadlar törədib


Güclü qar və şaxta Azərbaycanın bölgələrində ciddi əngəllər yaradıb.

ANS PRESS-in məlumatına görə Göyçayın 2-3 kəndində işıq kəsilib, bir neçə kəndə isə elektrik fasiılərlə verilir.
Bundan başqa rayonun daxilində və Bakı-Şamaxı-Yevlax yolunun Göyçay hissəsində problemlər yaranıb.

Neftçala isə güclü küləklə müşayiət olunan çovğun onlarla ağacı kökündən çıxarıb, bir neçə məktəb, 2 yaşayış binası və mərkəzi xəstəxananın bir korpusunun damını atıb.

Bərdədə yollar buz bağlayıb, Gəncə isə şəhərlərarası nəqliyyatda problemlər yaranıb.
Yollar buz bağladığından Bakı və digər şəhərlərə getmiş avtobuslar geri qayıda bilmirlər.

Həmçinin Lerikdə yollarda gediş-gəliş çətinləşib, Lənkəran-Lerik yolunda bəzi məhdudiyyətlər yaranıb.
Astara və Masallıda isə kəndlər işıqsız qalıb.

Güclü qar şimal bölgəsində də ciddi fəsadlar törədib.
Siyəzən, Xaçmaz və Dəvəçidə 15-ə yaxın kənd işıqsız qalıb.
Həmçinin Dəvəçi, Siyəzən, Quba-Qusar yollarında nəqliyyatın hərəkəti çətinləşib, Xınalıq da daxil olmaqla bir sıra kəndlərlə nəqliyyat əlaqəsi tamamilə kəsilib.
XS
SM
MD
LG