Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 01:13

İran uran zənginləşdirilməsini bərba edir


İran prezidenti Mahmud Əhmədinejad bildirib ki, onun ölkəsi uran zənginləşdirilməsi üzərində işi bərpa edir.

Mahmud Əhmədinejad ölkənin Atom Enerjisi Agentliyinə uranın 20 faiz zənginləşdirilməsinə başlamağı göstəriş verib.

Amma o prosesin nə vaxt başlayacağına aydınlıq gətirməyib.

Əhmədinejadın bu bəyanadı xarici işlər naziri Manuçöhr Mottakinin Münhen konfransında dediklərinə ziddir.

Mottaki demişdi ki, Tehran uranın 3-cü ölkədə zənginləşdirilməsi ilə bağlı dünya ölkələri ilə razılaşmaya yaxındır və bunun xoş əlamətlərini görür.

Qərb ehtiyat edir ki, İran uran zənginləşdirilməsindən nüvə silahının istehsalında da istifadə edə bilər.

Tehran ittihamı rədd edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG