Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 23:53

Bu gün yollar buz bağlayacaq


Azərbaycanda kəskin hava şəraiti bu gün də davam edəcək. Yollar buz bağlayacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən belə deyirlər.

Departamentin proqnozlar bürosunun direktoru İmran Məmmədovun dediyinə görə, bu gün Bakıda və Abşeron yarımadasında gün ərzində hava dəyişkən buludlu, yağmursuz olacaq, şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3-6 dərəcə şaxta, gündüz 0-2 dərəcə şaxta təşkil edəcək.

Azərbaycanın rayonlarında fasilələrlə qar yağacağı, gündüz qərb rayonlarında tədricən kəsiləcəyi gözlənilir. Şimal-qərb küləyinin sürəti 5-10 m/s olacaq, arabir 18-23 m/s-dək güclənəcək. Havanın temperaturu gecə 2-5 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 2 dərəcəyədək isti, dağlarda gecə 8-13 dərəcə şaxta, gündüz 3-8 dərəcə şaxta təşkil edəcək. Yollar buz bağlayacaq.
XS
SM
MD
LG