Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 09:09

İran hakimiyyəti müxalifətə xəbərdarlıq edib


İranın hakim dairələri müxalifətə fevralın 11-i, İslam İnqilabının növbəti ildönümündə nümayişə çıxmamağı xəbərdarlıq edib.

İranın polis rəisi İsmayıl Əhmədi Müqəddam bildirib ki, hakimiyyət qanunun pozulmasına imkan verməyəcək.

İran müxalifəti fevralın 11-də yeni etiraz aksiyasına çıxmağı planlaşdırır.

Ötən ilin avqustunda mübahisəli prezident seçkilərindən sonra keçirilmiş etiraz aksiyalarında azı 8 adam ölüb, yüzlərlə nümayişçi isə həbs olunub.

Həmçinin sonradan həbs olunanlardan bir neçəsi edam olunub.

Günün bütün mövzuları

XS
SM
MD
LG