Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 04:26
Azərbaycan prezidenti İlham Əliyev «Euronews» telekanalına müsahibə verib.

Müsahibənin qısa bir hissəsini təqdim edirik:

- Sizin ölkədə müsəlman dünyasında ilk demokratik respublika qurulub. Sonradan zorla SSRİ-nin tərkibinə qatılıb. Bəziləri deyirlər ki, Siz ölkənizi post-Sovet diktaturası kimi idarə edirsiniz. Onlara nə cavab verərdiniz?

- Bu cür ifadələr bizim üçün təhqiredicidir. Bəzən biz olduqca əsassız, qərəzli tənqidi hücumların hədəfi oluruq, ya beynəlxalq KİV-lərdə, ya da özlərini beynəlxalq hüquq müdafiəçiləri adlandıran qruplarda. Azərbaycanı qeyri-demokratik ölkə kimi təqdim etmək səyləri tam qəbuledilməzdir. Biz anlayırıq ki, Azərbaycanın əhəmiyyəti artdıqca, dünyanın hər yerindən Azərbaycana təsir etmək cədləri də çoxalacaq.

- Belə fikir var ki, Azərbaycanda müxalifət real siyasi şansdan məhrumdur və Siz rəqiblərinizin çoxunu sözdən məhrum edirsiniz.

- Burada son söz xalqındır... Azərbaycanda müxalifət zəifdirsə, bu, bizim günahımız deyil. Mən sizə Azərbaycanda müxalifətin niyə indi bu cür faciəvi vəziyyətdə olmasının səbəbini də deyə bilərəm: çünki, Azərbaycan xalqı getdikcə daha yaxşı yaşayır. Böhranlı 2009-cu ildə bizim iqtisadiyyatımız 9.3 faiz, sənayemiz 8.6 faiz artıb, inflyasiya cəmi 1.5 faiz olub və valyuta ehtiyatlarımız 20.4 milyard dollara çatıb. Bu vəziyyətdə müxalifət nə verə bilər? Yalnız tənqid? Neyləyək, onlar onsuz da həmişə bununla məşğuldurlar və biz etiraz etmirik.

- Amma 2009-cu ilin martında konstitusiya referendumunda prezident müddətlərinin sayına qoyulan məhdudiyyət ləğv edildi. Siz həmişəlik hakimiyyətdə qalmaq istəyirsiniz?

- Bilirsiniz, bu, hansısa şəxsi səbəblərdən edilməyib. Belə praktika bir çox ölkələrdə var.

- Demokratik ölkələrdə yoxdur...

- Baxır harada... Məsələn, sözdə dövlət başçısı kraldırsa, baş nazir isə lap 5 dəfə seçilə bilirsə, bu, bizim vəziyyətdən kəskin fərqlənmir. Avropa ölkələrinə baxın, görəcəksiz ki...

- Siz təsadüfən özünüzü kral hesab etmirsiniz?

- Yox, yox... Mən özümü icraedici hakimiyyətinin başçısı sayıram, sizin ölkələrdə bu, Baş nazirdir, o, dəfələrlə seçilə bilər. Onda xalq niyə bu hüquqdan məhrum olmalıdır? Onların seçimi, seçim imkanı varsa...

- Həqiqətən də, varsa!

- ... Onda onlar istədikləri adamı seçə bilərlər. Azərbaycanda isə demokratik proses çox fəal keçir. Bir də ki, biz sizin ölkələrin daxili işlərinə qarışmırıq axı. Hərçənd, xoşumuza gəlməyən, etiraz edə və ya gülünc saya biləcəyimiz çoxlu şey var... Biz ki bunlar haqqında danışmırıq...

- Məsələn?

- Məhz biz heç nə demirik... və özümüzü olduqca nəzakətli aparırıq. Ölkənin daxili problemlərini, onun ənənələrini, onun tarixini, siyasi sistemi, onun xalqın liderlərinə münasibətini ölkənin xalqına həvalə etmək lazımdır, xalq həll etməlidir.

- Hə, amma Azərbaycan Avropa Şurasının üzvüdür...

- Kimsə demokratiya meyarlarından sui-istifadə edib öz məqsədlərinə çatmaq istəyirsə, biz buna yol verməyəcəyik!

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG