Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:59

Hava limanına gedən yol bağlanıb


Ötən gecə Zığ - Hava limanı yolunda 50-yə yaxın avtomobil qalıb.

Beton yolun qardan təmizlənməməsi və üstəlik küləyin qarı sovurması nəticəsində yolun bəzi yerlərində qarın hündürlüyü bir metrə çatıb.

Sürücülərin sözlərinə görə, axşam saat 20 radələrindən yol tamamilə bağlanıb.

Gecə saatlarında bir qar təmizləyən maşın yolu təmizləsə də, sonradan o da, işini dayandırıb.

Yolda qalan insanların bəziləri piyada şəhərə gələ bilsə də,əksəriyyəti maşınlarda gecələməli olub.

Yalnız gündüz saat iki radələrindən sonra qarı təmizləmək üçün yola texnika göndərilib.

Amma buna baxmayaraq maşınlar hələ də hava limanına gedən yolda qalıb.
XS
SM
MD
LG