Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 18:17

Günün sonunadək su problemi aradan qaldırılacaq


Bakının bir sıra rayonlarının su ilə təchizatında yaranmış problemlərə səbəb elektrik enerjisinin fasilələrlə verilməsi olub.

Bu barədə «APA-ECONOMICS»ə «Azərsu» ASC-nin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Aqşin Rüstəmov məlumat verib.

Aqşin Rüstəmovun sözlərinə görə günün sonunadək bütün su anbarları doldurularaq və müvafiq rayonlara suyun verilməsi bərpa olunacaq.

Qeyd edək ki, qarlı hava şəraitinə görə Bakının Nizami və Səbail rayonları, Binəqədi rayonunun bir hissəsi, həmçinin Xırdalan şəhərində içməli suyun verilməsində problemlər yaranıb.
XS
SM
MD
LG