Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 00:53
Britaniyada məşhur yazıçı Valter Skottun adını daşıyan yeni mükafat təsis edilib.

Dəyəri təminən 40 min dollar olan mükafatı ən yaxşı tarixi romana görə verəcəklər. (“Guardian” qəzeti)

Əsas tələb odur ki, mükafata təqdim edilən əsərlər indiki dövrdən ən azı 60 il əvvələ aid olmalıdır.

Bu şərt Valter Skottun “Ueverli, yaxud 60 il qabaq” əsərinin adıyla əlaqələndirilib.

1814-cü ildə yazılan bu əsər Britaniyada ilk tarixi roman sayılır.

Mükafatın ilk laureatını bu ilin iyununda – "Borders" kitab festivalında elan edəcəklər.

Mərasim Skott muzeyinin yerləşdiyi Ebbotsford bölgəsində keçiriləcək.

Valter Skott (1771-1832) "Ayvenho", "Kventin Dorvard" kimi əsərləri ilə də məşhurdur.

Günün bütün mövzuları

XS
SM
MD
LG