Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 02:23
Bakıya, İrana getmək istəyən bəzi bənənyarlılara kənddən çıxmaq qadağan edilib. Adının çəkilməsini istəməyən Bənənyar kəndinin sakinlərinin sözlərinə görə, bu qadağa xüsusilə də hadisələrin gərgin vaxtı həbs edilən şəxslərə aiddir:

«Mən nə İrana gedə bilərəm, nə də Bakıya. Adım siyahıdadır. Çünki yanan adamı söndürmüşəm».

Adlarının çəkilməsini istəməyən kənd sakinlərinin sözlərinə görə, Naxçıvan hava limanında vətəndaşların sənədlərinin yoxlanılması zamanı onların bənənyarlı olub-olmaması ilə xüsusilə maraqlanırlar. Ehtimallara görə, Naxçıvan hakimiyyəti Bənənyar kəndinin bəzi sakinlərinin Bakıya gedib dövlət strukturlarına, beynəlxalq təşkilatlara şikayət etmələrindən ehtiyatlanırlar.

XXI ƏSR VƏ NAXÇIVAN…

Bənənyar hadisələri zamanı özünü yandıran Yunis Əliyevin bacısı Kəmalə Xəlilova isə deyir ki, XXI əsrdə belə qadağaların əslində elə bir əhəmiyyəti yoxdur:

«XXI əsrdi. İndi bir informasiyanı kənddən çıxmadan, telefonla da ötürmək mümkündür. Yəni bir kəndi və ya bir regionu belə demək mümkünsə mühasirədə saxlamağın heç bir əhəmiyyəti yoxdur».

Kəmalə Xəlilova bununla belə qeyd edir ki, onlar haqq səslərinin ən yüksək tribunlardan eşidilməsini istəyirlər. Halbuki, bu hadisələr zamanı Naxçıvandan seçilən bir deputat belə onları müdafiə etməyib:

Eldar İbrahimov
«Naxçıvandan olan millət vəkillərindən incimişik. Bizim ağır vaxtımızda hakimiyyətdən qorxub ağızlarına su alıb oturdular».

BƏNƏNYAR HADİSƏLƏRİ XIRDA MƏSƏLƏ İDİ?


Naxçıvandan seçilən millət vəkili Eldar İbrahimov isə Bənənyar kəndinin bəzi sakinlərinin incikliyini başa düşmür:

«Hər xırda şey parlamentdə qaldırılmır ki! İndi kimsə günahkardır, bununla özlərini doğru çıxartmaq istəyir? Yenə deyirəm, bu parlamentlik məsələ deyil. Parlament tək-tək adamları müdafiə etmir».

Bənənyar hadisələri zamanı işdən çıxarılan kənd sakinləri isə hələ də yerlərinə bərpa olunmayıblar. Onlardan biri kənd kitabxanasının keçmiş işçisi Rəqsadə Qasımova deyir ki, 4 nəfərlik ailələri indi cəmi 68 manatın ümidinə qalıb. Çünki ailədə işləyən yalnız oğlanlarından biridir. Rəqsadə Qsasımova bir gün günahsız yerə həbs edilməsinin güdazına getdiyini düşünür:

«Həmin gün məni 13 qadınla aparmışdılar. İndi müdirim deyir ki, bir gün işdə olmamısan. Mən öz xoşuma işdən yayınmamışdım ki? Məni dövlət heç bir günahım olmadan aparmışdı».

Ötən həftə isə ATƏT-in Bakı ofisinin rəhbəri, səfir Bilgə Cankorel Bənənyar kəndində olub. Bu qurumun Bakı ofisindən verilən məlumata görə, səfir həm kənd sakinləri ilə görüşüb, həm də istintaqın gedişi ilə maraqlanıb. Ancaq səfər barədə geniş açıqlamalar verilməyib.

Şərhləri göstər

XS
SM
MD
LG