Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:40

Lökbatan palçıq vulkanı 9 ildən sonra yenidən püskürüb


Fevralın 4-də Bakıda Lökbatan qəsəbəsinin yaxınlığında yerləşən Lökbatan palçıq vulkanı püskürüb. Püskürmə gurultulu səslə başlayıb, alov müşahidə olunmayıb.

Püskürmə 1 saata yaxın davam edib. Sarımtıl qara rəngli palçıq axını vulkanın qərb yamacı istiqamətində 1,5 hektar əraziyə yayılıb. Xəbəri Ekologiya və Təbii Sərvətlər Nazirliyi yayıb.

Lökbatan palçıq vulkanı Bakı və Abşeron Yarımadasının Palçıq Vulkanları Qrupu Dövlət Təbiət Qoruğuna daxildir. Dünyanın ən intensiv püskürən palçıq vulkanlarından biridir. Bu vulkanda ilk püskürmə 1829-cu ilə olub. İndiyə qədər vulkan 21 dəfə püskürüb. Sonuncu püskürmə 2001-ci ildə olub.

XS
SM
MD
LG