Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 23:57

Neftin qiyməti 4 dollar aşağı düşüb


Dünya birjalarında neftin qiyməti dünən 3.84 dollar aşağı düşüb. Bu, son 4 ay ərzində neftin qiymətində müşahidə olunan ən böyük gündəlik azalmadır. Qiymətin düşməsinə səbəb kimi investorların ABŞ-dakı işsizliyin, Avropa ölkələrindəki borcun səviyyəsindən narahatlığı göstərilir.

Dou Cons indeksi də dünənki günü son 7 ayın ən böyük itkisi ilə başa vurub. Dollar isə avroya qarşı dəyər qazanmaqda davam edir. Dolların məzənnəsi son 7 ayda özünün ən yüksək həddinə çatıb.

XS
SM
MD
LG