Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 20:17

Orta məktəblərdə dərslər dayandırıldı


«Mən bu gün Bakının bir neçə orta məktəbi ilə əlaqə saxladım. Müəllimlər işə gəlsələr də, şagirdlərdən gələn olmayıb. Ona görə də etiraf etmək lazımıdır ki, bu gün dərs olmayacaq».

APA-nın məlumatına görə, bunu təhsil naziri Misir Mərdanov deyib. O bildirib ki, güclü qarla əlaqədar orta məktəblərdə dərsləri rəsmi olaraq dayandırmağa ehtiyac yoxdur:

«Sabah şənbə günü olduğu üçün dərs olmayacaq. Güman edirəm ki, birinci günə kimi havalar yaxşılaşacaq və dərslər davam edəcək. Məktəblərin rəsmi olaraq bağlanmasının tərəfdarı deyiləm. Əgər fövqəladə hal olarsa, hökumət qərar verərsə, Bakıdakı orta məktəblərində təhsil müəyyən müddət dayandırıla bilər».

Günün bütün mövzuları

XS
SM
MD
LG