Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 15:50

Bakıda çovğundur, aeroport bağlanıb


Dünən axşamdan Azərbaycan ərazisində hava pisləşib. Bakıda axşamdan başlanan güclü qar çovğuna çevrilib. Hazırda qar yağır, güclü şimal küləyi əsir, temperatur aşağı düşüb. Avtobuslar və şəxsi maşınlar küçələrdə hərəkət eləyə bilmir. Yollarda qalan sərnişinlər piyada getməyə üstünlük verir

Bakıda güclü qarın yağmasına görə Hava Limanı da fəaliyyətini müvəqqəti dayandırıb. Bu gün səhər saatlarından aeroport həm ölkəyə gələn, həm də ölkədən gedən uçuşları qəbul etmir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeoroliji Proqnozlar Bürosundan verilən məlumata görə, bu gün və sabah Bakıda və Abşeronda temperatur günorta saatlarında -2, gecə -2-3 dərəcə təşkil edəcək. Yollar buz bağlayacaq.

Fevralın 7-dən ölkə ərazisində yağıntısız hava olsa da, saxtalı hava fevralın 8-dək davam edəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG