Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 22:25
“ABŞ-a dünyanın müxtəlif ölkələrindən diktatorların, yüksək səviyyəli bürokratların, silah al-verçilərinin milyonlarla dollar pulu axmaqda davam edir. Halbuki 11 Sentyabr terrorundan sonra mənbəyi məlum olmayan pulların Birləşmiş Ştatlar ərazisində istifadəsinə qadağalar qoyulub”. ABŞ Senatı apardığı xüsusi araşdırmadan sonra bu qənaətə gəlib.

Araşdırmada məsələn, ortaya çıxıb ki, Ekvatorial Qvineyanın prezidentinin oğlu 2004-2008-ci illərdə ABŞ-dakı şübhəli fondlara 110 milyon ABŞ dolları löçürüb. İndi Fransada həbsdə olan Anqolanın silah taciri isə 2000-ci ildə Arizonada bir evi 9.6 milyon dollara alıb. O, 1999-2007-ci illərdə ABŞ banklarında 60 milyon dollar yerləşdirib.

ÇİRKLİ PULLARA QADAĞA QANUNLARDAN NECƏ QAÇIRLAR?
Fevralın 4-də elan edilən hesabata görə ABŞ bankları çirkli pulların yerləşdirilməsinin qarşısını almağa çalışsalar da hələ bu cür pulların ABŞ-a yol tapması üçün yollar çoxdur.
Qabonun prezidenti Ömər Banqo (sağda) Liviya lideri Müəmmar Qəddafi (solda) ilə, Portuqaliya, 9 dekabr 2007.

330 səhifəlik sənəddə həmçinin qeyd edilir ki, “Siyasətdə özünü ifşa etmiş şəxslər” adlana biləcək xarici ölkələrin güclü rəsmiləri və onların ailə üzvləri hüquqşünaslar, lobbiçilər, bankirlər, əmanət agentlikləri və universitet rəsmilərindən istifadə edərək anti-korrupsiya qanunlarından yayınırlar.

Məsələn, Ekvatorial Qvineya prezidentinin oğlu Teodoro Nguema Obiang Mangue iki vəkilin köməyi ilə bir şirkət alıb. Daşınmaz əmlak alqı-satqısı ilə məşğul olan maklerlər ona Kaliforniyada 30 milyon dollara ev almağa kömək ediblər. Sərmayə agentlikləri isə prezidentin oğluna 38.5 milyon dollara qolf meydançası almağa yardımçı olublar. İndi bu işlə bağlı cinayət işi açılıb.

Keçən il ölənə qədər 41 il Qabona rəhbərlik etmiş prezident Omar Banqo isə lobbi qruplarının yardımı ilə ABŞ-dan altı zirehli maşın, Səudiyyə Ərəbistanından isə ABŞ istehsalı olan altı C130 hərbi nəqliyat təyyarəsi ala bilib.

40 MİLYON DOLLARLIQ MƏSLƏHƏT

Onun tələbə qızı New Yorkda hesabına 1 milyon 100 min ABŞ dolları qoyarkən saxlanıb və araşdırma başlanıb.

Nigeriya prezidentinin dördüncü arvadı Atiku Əbubəkir 40 milyon dolları ABŞ-da şübhəli fondlara köçürməkdə ərinə kömək edib. Bu işdə ona da bir ABŞ vətəndaşı yardımçı olub. Pulun 25 milyon dollarını iki ofşor korporasiyanın yardımı ilə Duqlasda 30 müxtəlif bankda açılmış hesablara köçürüblər. Vaşinqtondakı Amerika Universitetinin hesabına da 14 milyon dollar köçürülüb. Guya Amerika Universiteti bu pula Nigeriyada universitet açmaq üçün prezidentə məsləhət verirmiş.

RÜŞVƏTXORLARA VƏ AİLƏ ÜZVLƏRİNƏ VİZA VERMƏYİN
Senatın hesabatında Maliyyə Nazirliyinə tövsiyə edilir ki, Dünya Bankının tövsiyələri əsasında “Siyasətdə özünü ifşa etmiş şəxslər”in bank hesablarına nəzarəti gücləndirsin. Həmçinin də 2001-ci ilin 11 Sentyabrından sonra pul köçürmələrinə məhdudiyyətlər nəzarədə tutuan qanunda bəzi sahələrə verilən istisna hüquqları ləğv etsin.

Konqresə verilən tovsiyədə isə qeyd edilir ki, tezliklə xarici korrupsionerlərin özlərinə və ailə üzvlərinə viza verilməməsi üçün qanuni əsaslar hazırlayıb qəbul etsin.

Şərhləri göstər

XS
SM
MD
LG