Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 06:24

Gəncədə Körpələr evinin qarşısından 3 həftəlik uşaq tapılıb


Dünən saat 22 radələrində Gəncənin Ziyadxanov küçəsindəki körpələr evinin qarşısından 3 həftəlik qız uşağı tapılıb.

Bu barədə APA agentliyi Gəncə şəhər Polis İdarəsinə istinadla xəbər verir.

Polislər körpəni Gəncə şəhər 2 saylı Birləşmiş Uşaq Xəstəxanasına aparıblar. Hazırda körpə orda həkim nəzarətindədir.

Körpənin valideynləri tapılmasa, o Gəncə şəhər “SOS” Uşaq kəndinə veriləcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG