Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 16:37

Yanukoviç deyir ki, Ukrayna qazın nəqlinə yenidən baxmalıdır


Ukrayna Avropa və Asiyalı tərəfdaşları ilə qaz nəqli məsələsini yenidən müzakirə etməlidir.

Prezidentliyinə namizəd Viktor Yanukoviç ANS-ə bildirib ki, Ukraynadan keçməklə Rusiya və Orta Asiya qazının nəqlini ildə 200 milyard kubmetrə çatdırmaq olar. Amma bunun üçün yeni layihələrin işlənilməsindənsə mövcud imkanlardan istifadə etmək daha sərfəlidir.

Biz daha etibarlı sistem yaratmağa hazırıq və bu yeni kəmərlərin tikintisindən daha ucuz başa gələ bilər.

Yanukoviç qeyd edib ki, onun ölkəsi “Şimal axını” layihəsinin tikintisi və idarə edilməsində maraqlıdır.

O, "Odessa-Brodı" neft kəməri layihəsinin də əhəmiyyətli olduğunu vurğulayıb.

“Odessa-Brodi kəmərinin tikintisi və istismarı Xəzər nefti nəzərə alınmaqla həyata keçirilib.

Uzun illərdi ki, Ukrayna bu layihənin reallaşmasına çalışıb, amma müxtəlif səbəblər, xüsusən də, hökumətin daxili siyasəti layihənin uğurla icrasına imkan verməyib.

Ümid edirik ki, biz bu işi aktivləşdirəcək və layihə başa çatdırılacaq”, - deyə Yanukoviç vurğulayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG