Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 00:01
«Eks-prezidentlərə hörmət qoymamaq dünya çapında ayıbdır». Bu ifadənin müəllifi «İşdən sonra»nın birinci saatının ikinci hissəsinin qonağı olan hüquqşünas Erkin Qədirlidir. O, eks- prezidentlərin statusundan danışıb:

- Söz açdığınız mövzu daha çox sabit, demokratik ölkələrə şamil olunur. Orada hakimiyyət dinc yolla dəyişdiyi üçün ondan əvvəl prezident olmuş şəxslərin hətta onlar yenidən seçilməsə belə, bir sıra imtiyazları qalır. Belə ki, çox yüksək təminatlı dövlət pensiyası, şəxsi mühafizə həm onlara həm də yaxın ailə üzvlərinə şamil olunur. Bir qayda olaraq prezident olmuş ölkələrdə həmin insanlar vəzifələrdən kənarlaşdıqdan sonra yenidən siyasi fəaliyyətlə məşğul olmağa meylli olmurlar. Daha çox ictimai, maarifçi fəaliyyətlə məşğul ola bilirlər. Bu, sabit demokratik ölkələrə xas olan prosesdir.

Bəs demokratik olmayan ölkələrdə? Erkin Qədirli bu barədə də danışıb:

- Demokratik olmayan ölkələrdə bir adam çox uzun müddət hakimiyyətdə qalırsa, seçkiləri saxtalaşdırmaq və yaxud başqa yollarla hakimiyyəti paylaşmağa meylli olmur. Elə adamların eks-prezidentliyi acınacaqlı olur. Elə adamlar tutulur, həbs edilir, edam edilir. Həmin ölkələr üçün eks-prezidentlik mövzusu əlavə hüquqi təminatlar səviyyəsində, elə bizim ölkədə də məhz elə bu baxımdan gündəmə gətirilir. Məsələn, eks-prezident Ayaz Mütəllibov təqiblərdən qaçaraq xarici ölkələrdədir, Əbülfəz Elçibəyin sağlığında bu mövzu müzakirə edilirdi ki, onun da şəxsinə və yaxud ailəsinə eks-prezident statusu verilsin, verilmədi. Heydər Əliyevin eks-prezidentliyini görmədik, elə prezident olaraq vəfat etdi.

Fazil Mustafa
Proqrama telefonla qoşulan millət vəkili Fazil Mustafa da öz fikirlərini bildirdi:

- YAP tərəfindən təklif edilən variant Konstitusiyaya ziddir. Orada göstərilir ki, bu qanun vəzifəsini tamamlamamış şəxslərə şamil edilmir. Bu az da olsa siyasi mədəniyyətin formalaşması üçün verilən qanundur. Siyasi yanaşmanı bir tərəfə qoyub sırf hüquqi yanaşmanı ortaya çıxarmaq lazımdır. Onda hesab edirəm ki, bu qədər mübahisəyə də ehtiyac olmaz. Ölkənin keçmiş rəhbərlərinə hörmət olaraq bu qanun dərhal qəbul edilməlidir. Bu qanun qəbul edilsə, tarixi ziddiyyətlər də aradan çıxa bilər.

Proqramda daha nələr açıqlandı?

YAP – dan olan millət vəkilləri mövzu barədə nə düşünürlər?

AUDİONU DİNLƏYİN.

Şərhləri göstər

XS
SM
MD
LG