Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 21:52
Fevralın 4-də «İşdən sonra» proqramının birinci hissəsində qeydiyyatsız QHT-lər müzakirə edilib. Görəsən, «bəzi Qeyri Hökumət Təşkilatları niyə Ədliyyə Nazirliyində qeydiyyatdan keçmir» sualına cavab axtarılıb. Proqramda qonaq olan Qeydiyyatından imtina olunan QHT- lərin əlaqələndirmə şəbəkəsinin koordinatoru Oqtay Gülalıyev bildirib ki, onun həmsədri olduğu Demokratik İslahatlar Uğrunda Cəmiyyət 11 il ərzində 8 dəfə ərizə verməsinə baxmayaraq, əsassız şəkildə qeydiyyatdan məhrum edilib:

- Cəmiyyətimiz 1998–ci ildə yaradılıb. Biz 8 dəfə Ədliyyə Nazirliyinə müraciət etmişik. Təəssüflər ki, hər dəfə bəhanələrlə bizim təşkilatımızı qanuniləşdirməkdən imtina edirlər. Biz bir çox təşkilatlara qeydiyyatdan keçməsi üçün kömək də etmişik. Amma öz təşkilatımız sənədləri qaydasında olduğu halda qeydiyyatdan keçmir.

Oqtay Gülalıyev fəaliyyəti qanuni olmayan təşkilatların üzləşdiyi problemlərdən də danışıb:

- Bu gün bizim kimi qeydiyyatdan keçməyən və qeydiyyatdan imtina edilmiş təşkilatlar üçün müsabiqələrdə iştirak etmək qeyri–mümkündür. QHT-lərə Dövlət Dəstəyi Şurasının elan etdiyi qrant müsabiqəsində iştirak edə bilmədik. Şuranın saytında olan 1000-dən artıq təşkilatın isə qeydiyyatı var, özü yoxdur.

Proqrama telefonla qoşulan Şuranın Apellyasiya Komissiyasının sədri və Şuranın üzvü Sahib Məmmədov bəzi sualları cavablandırıb:

- Bəli, qeydiyyatla bağlı problem var. Amma Oqtay bəyin fikri oldu ki, Dövlət Dəstəyi Şurası qeydiyyatı olmayan təşkilatlarla işləmir, bu, doğru deyil. Şura qeydiyyatı olan- olmayan QHT-lərlə də əməkdaşlıq edir. Qanun birləşmək azadlığını məhdudlaşdırmır. Amma rekvizit, hüquqi şəxs statusu əldə etməklə bağlı problemlər var. Problemlərin həlli ilə bağlı Şura cəhd göstərir. Lazım gəlsə hansısa təkliflər hazırlana bilər. Şura yaranandan bu gündəmdə olan məsələdir.

Daha hansı məqamlar müzakirə edildi?

Proqramda nələr oldu?

BİLMƏK İSTƏYİRSİNİZ? PROQRAMI DİNLƏYİN.

Şərhləri göstər

XS
SM
MD
LG