Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:46

Azərbaycanda ölümlə nəticələnən hadisələrin sayı açıqlanıb


Fövqəladə Hallar Nazirliyi 2009-cu ildə Azərbaycanda insan tələfatı ilə nəticələnmiş hadisələrin statistikasını hazırlayıb.

FHN-nin rəsmi internet səhifəsində yayılmış məlumata görə, ötən il Azərbaycan ərazisində 34 partlayış hadisəsi baş verib, nəticədə 16 nəfər ölüb, 47 nəfər isə xəsarət alıb.

Bundan başqa 2009-cu ildə Azərbaycanda 6205 yanğın hadisəsi qeydə alınıb.

Nəticədə 39 nəfər ölüb, 83 nəfər xəsarət alıb, 89 nəfər isə yanğından xilas edilib.

Ötən il ərzində ölkədə 41 nəfərin ölümü, 3 nəfərin isə xəsarət alması ilə nəticələnən 373 qəza baş verib.

Xilasedici əməliyyatları nəticəsində 352 nəfər xilas olunub.

Günün bütün mövzuları

XS
SM
MD
LG