Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:33

771 vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün müsabiqə elan edilib


Fevralın 5-dən Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya 42 dövlət orqanında inzibati vəzifələrin altıncı - doqquzuncu təsnifatlarına uyğun olan 771 vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün müsabiqə elan edir.

Vakant dövlət qulluğu vəzifələrindən 727-si mərkəzi icra hakimiyyəti orqanlarının mərkəzi aparatları və yerli təşkilatlarında, 44-ü isə apellyasiya və yerli məhkəmə orqanlarının aparatlarındadır.

Komissiyadan verilən məlumata görə, ilk dəfə olaraq müsabiqəyə apellyasiya və yerli məhkəmə orqanlarında inzibati vəzifələrin altıncı - doqquzuncu təsnifatlarına uyğun olan 44 vakant dövlət qulluğu vəzifəsi çıxarılır. Bunlardan 22-si hakimin köməkçisi, 13-ü isə məhkəmə iclasının katibi vəzifəsidir.
«Müsabiqənin test imtahanı zamanı namizədlərin dünyagörüşü - dünyanın, əsasən də Azərbaycanın tarixi, coğrafiyası, mədəniyyəti, müasir beynəlxalq münasibətləri, qanunvericilik, informasiya texnologiyaları və məntiqi düşünmə qabiliyyəti sahələri üzrə bilikləri yoxlanılacaq».

Məlumatda həmçinin qeyd olunur ki, imtahana hazırlaşmaq üçün ətraflı məlumat və test tapşırıqlarının hazırlanması üçün tərtib etdiyi ümumiləşdirilmiş proqramlar və metodiki vəsait Komissiyanın rəsmi vebsaytında (http://dqmk.az/az/index.php?option=com_content&task=view&id=656&Itemid=1) yerləşdirilib.

Müsabiqədə iştirak etmək arzusunda olan Azərbaycan vətəndaşları öz sənədlərini 30 gün müddətində Komissiyaya şəxsən və ya poçtla təqdim etməlidirlər.
Müsabiqəyə dair ətraflı məlumat Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın rəsmi internet saytında – (www.dqmk.gov.az və www.csc.gov.az) veriləcək.
XS
SM
MD
LG