Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 12:50

Həmməruzəçilər Bakıya gəlir


Avropa Şurası Parlament Assambleyası Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Andres Herkel və Jozef Debono Qrex fevralın 7-də Azərbaycana gələcəklər.

Həmməruzəçilər səfər çərçivəsində Milli Məclis, Mərkəzi Seçki Komissiyası, Xarici İşlər və Ədliyyə nazirliklərində olacaq, habelə QHT-lər və siyasi partiyaların nümayəndələri ilə görüşəcəklər.

Onlar Azərbaycanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsi, demokratik proseslər və onun nəticələri barədə hesabat hazırlayacaqlar.
XS
SM
MD
LG