Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:12

Çin ABŞ-ın tənqidlərini rədd edib


Çin Pekinin ticarət və valyuta siyasəti ilə bağlı Birləşmiş Ştatların tənqidlərini rədd edib.

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Ma Çjaosyu bu gün bildirib ki, ittiham və təzyiq problemlərin həlli yolu deyil.

O deyib ki, Yuanın məzənnəsi Amerikanın dediyi kimi şişirdilməyib və olduqca realdır.

O qeyd edib ki, Yuan Birləşmiş Ştatlarla Çin arasındakı ticarət dövriyəsindəki fərqin əsas səbəbi deyil.

ABŞ prezidenti Barak Obama dünən bəyan edib ki, Vaşinqton ticarət qaydalarına əməl olunması və öz bazarlarını Amerika mallarının üzünə açmaq üçün Çinə qarşı kəskin mövqedə duracaq.
XS
SM
MD
LG