Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 11:55

Timoşenko kütləvi etiraz aksiyaları ilə hədələyir


Ukraynanın baş naziri Yulya Timoşenko deyib ki, prezident seçkilərinin ikinci turu azad və ədalətli keçirilməsə o tərəfdarlarını kütləvi etiraz aksiyalarına çağıracaq.

Kiyevdə keçirdiyi mətbuat konfransında Timoşenko seçki qanununa edilən dəyişikliklərə qarşı olduğunu da bildirib. Deyib ki, Viktor Yuşenko bu sənədə qol çəksə, demokratiyaya böyük zərbə olacaq.

Seçki qanununa edilən dəyişiklik seçki komissiyalarının iclasında kvorumun vacibliyini ləğv edir.

Ukrayna prezident seçkilərinin ikinci turu fevralın 7-də olacaq.

XS
SM
MD
LG