Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 08:23
Fevralın 4-də Bakıda keçmiş sovetlər donəmində Avropada yaşayan azərbaycanlı mühacirlərin həyat və fəaliyyətini əks etdirən sənədlərin bir günlük sərgisi açılıb.

Nümayiş etdirilən kolleksiyaya 200-dən çox sənəd daxildir. Onların əksəriyyəti Avropada nəşr olunan jurnallar, qəzetlər, həmçinin foto və video materiallardır. Bu sənədləri Azərbaycan Demokratik Respublikası (ADR) tarixinin təhqiqatçılarından biri olan Nəsiman Yaqublu toplayıb.

Alimin sözlərinə görə, sərgidə ADR-in yaradıcılarından Məhəmməd Əmin Rəsulzadə, Əlimərdan bəy Topçubaşov, Mustafa bəy Vəkilov və digərlərinin mühacir həyatı ilə bağlı sənədlər təqdim olunub.

N.Yaqublu deyir ki, bunlar uzun illər Almaniya, Türkiyə və Polşanın arxivlərində qalmış maretiallardır. Və onların hamısı orjinaldır:

«Hazırda Avropa ölkələrinin arxivlərində Azərbaycanın siyasi xadimlərinin mühacir həyatına dair xeyli material qalmaqdadır».

Nəsiman Yaqublu deyir ki, bütün materiallar Azərbaycanın Dövlət Arxivinə veriləcək.

Bu iş Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının layihəsi çərçivəsində həyata keçirilib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG